Ölçü:
|
152
BİGANƏ QALMA |
2016-cı il fevral ayının 15-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini Abbasova Böyükxanım Vahid qızının Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Çankırı şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.
Faktla bağlı araşdırma davam etdirilir.