Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları ilə görüşlər keçirilmişdir.

06.04.2016

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində 4 aprel 2016-cı il tarixdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində beynəlxalq ekspert Paul Holmes və BMqT-nin Azərbaycan və Ukraynadakı nümayəndəliklərinin məsul heyəti ilə görüş keçirilmiş, layihə çərçivəsində hazırlanmış hesabat işçi qaydada müzakirə edilmişdir.

6 aprel 2016-cı il tarixdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyində keçirilmiş növbəti görüşdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə yanaşı digər dövlət qurumları təmsil olunmaqla Milli İstiqamətləndirmə Mexanizminin icrasına dair bir sıra məsələlər müzakirə edilmişdir.

Hər iki görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48