DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin əməkdaşları ilə görüş keçirilmişdir.

14.12.2015

2015-ci ilin 14 dekabr tarixində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Hüquq Müşaviri cənab Ceyms Benedetto və Səfirliyin əməkdaşı Sabir Əlisgəndərov Baş İdarənin rəisi, polis general-mayoru Şərif Əsədullayev tərəfindən qəbul edilmişdir.

2016-cı ilin mart ayında təşkil edilməsi planlaşdırılan insan alverinə qarşı mübarizə ilə bağlı regional seminarın təşkilati məsələlərinin və gündəliyinin müzakirə edilməsi məqsədilə keçirilmiş görüşdə müvafiq məsələlər səmimi və işgüzar şəraitdə müzakirə edilmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48