DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

28.09.2015

2015-ci il sentyabr ayının 28-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1956-cı il təvəllüdlü, Bakı şəhər sakini Babayev Əhməd Mahmud oğlunun sahibi olduğu Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən heyvandarlıq müəssisəsindəmilliyyətcə özbək olan 2 qadın və 2 kişidən ibarət ailənin 1997-2010-cu illər ərzində məcburi əməyə məruz qalması faktı müəyyən edilmişdir.
Faktla bağlı araşdırma aparılır.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48