Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) əməkdaşlarından ibarət nümayəndə heyəti Sığınacağa səfər ediblər

01.09.2022

Sentyabrın 1-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Huqo Quevara və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) əməkdaşlarından ibarət nümayəndə heyəti Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün Sığınacağa səfər ediblər.
Qonaqlar sığınacağın iş rejimi, qurbanların yaşayış şəraiti və onlara göstərilən psixoloji, tibbi və hüquqi yardımlar barədə maraqlanıblar.

Huqo Quevara sığınacaqda zəruri şəraitinin yaradılmasından məmnunluğunu bildirib.
Baş İdarənin rəis müavini Samir Zeynalov insan alveri qurbanlarının müəyyən edilmə qaydaları, onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunması sahəsində mövcud qanunvericilik barədə qonaqlara məlumat verib, onları maraqlandırılan sualları cavablandırıb.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48