27 sentyabr 2018-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ-ın Dövlət Departamenti və ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

27.09.2018

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin müraciəti üzrə ABŞ-ın Dövlət Departamentinin İnsan alverinə qarşı Monitorinq və Mübarizə Ofisinin xarici əlaqələr müşaviri Atsuki Takahaşi və ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətini 27 sentyabr 2018-ci il tarixdə Baş İdarədə qəbul etmişdir.

Görüşdə insan alverinə qarşı mübarizə sahəsində 2017-ci və 2018-ci ilin ötən dövründə ölkədə görülmüş işlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu.

ABŞ Dövlət Departamentinin 28 iyun 2018-ci il tarixdə yayımladığı İnsan alverinə qarşı mübarizəyə dair illik hesabatında Azərbaycana münasibətdə qeyd olunan məqamlar geniş müzakirə edilərək suallar cavablandırılmış, ölkəmizə edilən tövsiyələrin yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görüldüyü və ümumiyyətlə beynəlxalq tövsiyələrin daim diqqətdə saxlanıldığı vurğulanmışdır. 

Görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.

Görüşdən sonra Baş İdarənin rəhbərliyinin müşaiyəti ilə qonaqlar Baş İdarəyə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün sığınacağa səfər etmiş, oranın bütün imkan və təchizatı ilə yaxından tanış olmuş, Sığınacağın direktoru maraq doğuran sualları cavablandırmışdır.

Sonda ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndə heyəti təşkil olunmuş görüşə, sığınacağa səfərə, aparılmış müzakirələrə və təqdim olunmuş məlumatlara görə minnətdarlığını bildirdi.

 

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48