DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən müəyyən edilmiş ekspert ilə görüş keçirilmişdir.

11.10.2017

2017-ci ilin 11 oktyabr tarixində DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin bölmə rəhbəri xanım Şarin Tuladhar və təşkilat tərəfindən müəyyən edilmiş ekspert xanım Aneta Arnaudovska ilə görüş keçirilmişdir.

Görüşün əsas məqsədi təşkilatın “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində məhkəmə qurumları üçün təlimlərin təşkilinə yönəlik fəaliyyətlər həyata keçirərək aparıcı təlim proqramının kurikulumu və təlim materiallarının hazırlanması işinə töhfə verməkdən ibarət olmuşdur.

Görüşdə eksperti maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılmış, ümumilikdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verilmiş, ağır cinayətlər məhkəmələrində insan alveri və məcburi əmək cinayət işlərinin baxılmasının vəziyyəti və həmin cinayətlərin təqibi üzrə prokurorluq və məhkəmə orqanları ilə Baş İdarənin qarşılıqlı fəaliyyəti müzakirə edilmişdir.

Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuş, qonaq heyət səmərəli məlumat mübadiləsinə görə minnətdarlığını bildirmişdir.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48