11-12 aprel 2017-ci il tarixlərdə Bakı şəhərində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) təşkilatçılığı və Daxili İşlər Nazirliyinin dəstəyi ilə “İnsan alveri və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə” layihəsi çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan arasında sahəvi təcrübə mübadiləsi üçün beynəlxalq seminar keçirilmişdir.

12.04.2017

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq 11-12 aprel 2017-ci il tarixlərdə Bakı şəhərində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) təşkilatçılığı və Daxili İşlər Nazirliyinin dəstəyi ilə “İnsan alveri və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə” layihəsi çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan arasında sahəvi təcrübə mübadiləsi üçün beynəlxalq seminar keçirilmişdir.

Tədbirdə qeyd olunan ölkələrin geniş tərkibli nümayəndə heyətləri, habelə İtaliya, Belçika, ICMPD və Beynəlxalq Əmək Təşkilatını təmsil edən mütəxəssislər və ixtisaslaşmış vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

Ölkəmizin nümayəndə heyəti tərkibində Daxili İşlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya və Dövlət Sərhəd xidmətlərinin və Ombudsmanın təmsilçiləri iştirak etmişdir.

Tədbir iştirakçıları öz ölkələrində insan alverinə qarşı mübarizə mexanizmləri barədə təcrübəni mübadilə etməklə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin zərurətini qeyd etdilər.

İki gün davam edən beynəlxalq seminarda insan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə görülmüş işlər, bu istiqamətdə beynəlxalq öhdəliklərin icra olunması təcrübəsinə dair keçirilmiş təqdimatlar iştirakçıların, xüsusən mütəxəssislərin marağına səbəb olmuş, Azərbaycan təcrübəsinin mübadilə edilməsi əhəmiyyəti vurğulanmış və beynəlxalq tövsiyələrin icrasının davam etdirilməsinin vacibliyi qeyd olunmuşdur.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48