28 fevral 2017-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının Baş və Regional ofislərinin, Azərbaycandakı Nümayəndəliyinin məsul heyəti ilə görüş keçirilmişdir.

28.02.2017

İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən layihələr çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprakın başçılıq etdiyi nümayəndə heyətlərinin 28 fevral 2017-ci il tarixdə Baş İdarədə görüşü keçirilmişdir.

Qonaq nümayəndə heyətin tərkibində BMqT-nin Vyanadakı Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin miqrantlara yardım üzrə baş regional mütəxəssisi Saşa Çan Kam və Cenevrədəki Baş Ofisin Əməliyyatlar və Fövqəladə Hallar İdarəsinin nümayəndəsi Kiara Milano və Azərbaycandakı Nümayəndəliyin məsul şəxsləri iştirak etmişdir.

Görüşdə ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər, beynəlxalq tərəfdaşların tövsiyələrinin yerinə yetirilməsi, bu məqsədlə daim beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi və qarşıdakı perspektivlər səmimi və işgüzar şəraitdə müzakirə olunmuşdur.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48