30 noyabr 2016-cı il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində İsrail Dövlətinin Bakıdakı Səfiri ilə görüş keçirilmişdir.

30.11.2016

İnsan alverinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general mayoru Şərif Əsədullayev İsrail Dövlətinin Bakıdakı Səfiri cənab Dan Stavın rəhbərlik etdiyi nümayəndə heyətini 30 noyabr 2016-cı il tarixdə Baş İdarədə qəbul etmişdir.

Qonaqlar ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumatlandırıldı, beynəlxalq tərəfdaşların tövsiyələrinin yerinə yetirilməsi, daim beynəlxalq əməkdaşlığın diqqətdə saxlanılması vurğulandı və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olundu.

Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48